Ərzaqlar:
100 qram kərə yağı
1 yumurta
50 qram şəkər tozu
220 qram un
1 paket qabartma tozu
İçlik üçün:
400 qram kəsmik
100 qram xama
80 qram şəkər tozu
1 paket vanil
20 qram nişasta
2 yumurta
250 qram moruq
Hazırlanması:
Xəmiri hazırlamaq üçün yağ, şəkər tozu və unu blenderlə qarışdırırıq. Sonra yumurta və qabartma tozunu əlavə edib, xəmiri hazırlayırıq.
Soba qabına yağlı kağızı açın və xəmiri əlinizlə qaba elə yerləşdirin ki, xəmir qabın kənarlarını da əhatə eləsin. Xəmiri bir neçə tərəfdən çəngəl ilə deşin və soyuducuya qoyun.
İçliyi hazırlamaq üçün kəsmik, vanil, nişasta və xamanı blenderlə qarışdırın. Yumurta ilə şəkəri ayrı qabda mikserlə çırpdıqdan sonra kəsmikli qarışığa əlavə edin.
Moruqları əvvəlcədən yuyun və içliyə əlavə edin.
Xəmiri soyuducudan götürün və hazırladığınız içliyi xəmirin üzərinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə bişirin.