“Nanə-limonun hazırlanması

Nanə-limonun hazırlanması

İlk əvvəl qabın içinə 2-3 çay qaşığı qədər nanə qoyulur. Ən uyğun qarışıq miqdarı 2 çay qaşığı qədərdir. Sonrasında bir ədəd limonun yarısı götürülür və kiçik parçalar halında kəsilir. Yəni 6-7 parçaya bölmək olar. Limon parçaları da əvvəldən nanə qoyulan qaba əlavə edilir. Limon parçaları qabıqları ilə birlikdə qoyulmalıdır.

Nanə və limon parçalarının qoyulduğu qabın içinə 1,5 su stəkanı qədər su əlavə olunur və qaynamağa buraxılır. Qaynama baş verdikdən sonra qazı azaltmalı və 3-5 dəqiqə qədər vam odda gözlədilməlidir. Nanə-limon artıq servisə hazır hala gəlmişdir. Bir süzgəc ilə süzüldükdən sonra içilə bilər. Təzə nanə ilə edilən nanə-limon quru nanə ilə ediləndən daha çox nəzərəçarpan bir dad və qoxuya malikdir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!