“Noxudlu acılı toyuq

Noxudlu acılı toyuq

Ərzaqlar:

1 toyuq,

1 baş soğan,

1.5 su stəkanı qaynadılmış noxud,

1 yemək qaşığı tomat pastası,

1 çay qaşığı acı bibər pastası,

1 qəhvə fincanı zeytun yağı,

Qara bibər,

Duz.

Hazırlanması:

Baş soğan doğranır. Qazana zeytun yağının yarısı əlavə olunur, soğan əlavə edilir və qovrulur. Üzərinə pomidor və bibər pastası əlavə edilir. Üzərinə qaynar su əlavə olunur, duz vurulur. Qaynadıqda noxudlar əlavə olunur. 2-3 dəqiqə də qaynadılır.

 Toyuq ayrı bir tavada qalan zeytun yağı ilə birlikdə qızardılır. Qaynayan noxud yeməyinə əlavə olunur. Qazanın qapağı bağlanılaraq ləzzətlər birləşənə qədər 4-5 dəqiqə də bişirilir. Nuş olsun...


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!