“Omletlə hazırlanan "Qar adamı" salatı

Omletlə hazırlanan "Qar adamı" salatı

Tərkibi:
11 yumurta (10-u qayğanaq, 1-i bəzək üçün)
4 çay qaşığı buğda unu
4 xörək qaşığı qaymaq
krem üçün 200 qram, qayğanaq üçün isə 4 xörək qaşığı
3 xörək qaşığı tomat sousu
5 xörək qaşığı mayonez
3 diş sarımsaq
göyərti
80 qram ispanaq (dondurulmuş)
qırmızı acı bibər tozu
40 qram çəyirdəksiz zeytun
1 ədəd bişmiş yerkökü
1 ədəd bişmiş çuğundur
mixək (zövqə görə)
Bəzəmək üçün 1 yaşıl turp və ya xiyarın qabığı

Hazırlanması:
Əvvəlcə 4 fərqli rəngdəki qayğanaqları hazırlayın. Layların rəng sırası belə olacaq: narıncı, sarı, yaşıl, ağ.

Birinci ağ rəngli qayğanağı hazırlayaq. 4 yumurtanın ağını sarısından ayırıb çalın. Sonra 1 xörək qaşığı sürtgəcdən keçirilmiş bərk pendir, 1 xörək qaşığı qaymaq, 1 çay qaşığı un, halqa formasında doğranmış zeytun əlavə edib qarışdırın. Bu qarışımı tavaya tökün, qapağını örtüb bişirin.

Sarı qayğanaq: ayırdığınız 4 yumurta sarısını çalın, buna da ağ layda olduğu kimi 1 çay qaşığı un, 1 xörək qaşığı qaymaq, 1 xörək qaşığı sürtgəcdən keçirilmiş pendir, duz əlavə edib qarışdırın. Sonra tavaya töküb qapağını örtərək bişirin.


Yaşıl qayğanaq: 3 yumurtanı 1 çay qaşığı un, 1 xörək qaşığı qaymaq, 1 xörək qaşığı sürtgəcdən keçirilmiş pendir, doğranmış ispanaq və duz ilə qarışdırıb çalın. Tavaya töküb qapağını örtərək bişirin.

Narıncı qayğanaq: 3 yumurtaya 1 çay qaşığı un, 1 xörək qaşığı qaymaq, 1 xörək qaşığı sürtgəcdən keçirilmiş pendir, qırmızı acı bibər, 3 xörək qaşığı tomat sousu əlavə edib çalın. Qarışığı tavaya töküb qapağını örtərək bişirin.

Kremin hazırlanması:
Pendiri sürtgəcin xırda gözündən keçirin, əzilmiş sarımsaq və mayonezlə qarışdırın. Bu kremi yaşıl və ağ rəngdə olmaqla iki hissəyə bölün. 2/3-nə çox balaca doğranmış göyərti əlavə edib qarışdırın və bunu layların arasına çəkin. Qalan hissəsini, yəni ağ kremi isə üstünü bəzəmək üçün saxlayın.

İndi isə hazırladığımız fərqli rəngdəki qayğanaqları tort kimi bir-birinin üstünə yığaq. Qaba birinci narıncı qayğanağı qoyun. Üstünə yaşıl krem çəkin. Sonra sıra ilə sarı və yaşıl qayğanağı qoyun və üzərinə yaşıl krem çəkin. Sonuncu olaraq ağ qayğanağı qoyun, qıraqlarına və üstünə ağ krem çəkin.

Bəzədilməsi:
1 bişmiş yumurtanın ağını və sarısını ayrı-ayrılıqda sürtgəcdən keçirin. Sarısı ilə Qar adamı fiqurunu hazırlayın, üstünə isə ağını səpin.
Bişmiş yerkökünü sürtgəcdən keçirin. Bununla da Qar adamına papaq, şərf, əlcəklər və çəkmə düzəldin. Bişmiş çuğunduru sürtgəcin balaca gözündən keçirərək Qar adamının ağzını və xizəyini düzəldin. Gözlərini mixəkdən, burnunu yerkökündən düzəldin.
Yaşıl turpdan və ya xiyarın qabığından uzun nazik şəridlər kəsib yolka düzəldin. Bişmiş yerkökündən isə ulduzlar kəsib, salatı bəzəyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!