Ərzaqlar:
Toyuq əti - 270 qr,
Ərinmiş yağ - 30 qr,
Zoğal qurusu - 100 qr,
Baş soğan - 50 qr,
Şəkər - 5 qr,
İstiot - 0,1 qr,
Duz.
Hazırlanması:
Toyuq 30-35 qramlıq tikələrə doğranır. Duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca
qızardılır. Sonra isladılmış zoğal qurusu, şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olanadək bişirilir.