Vəsaitlər:
125 qr yumşaq marqarin (yarım paket),
1 ədəd yumurta,
1 su stəkanı pudra şəkəri,
Yarım su stəkanı nişasta,
Yarım çay stəkanı maye yağ,
1 çay qaşığı qabartma tozu,
1 paket vanil (5 qr),
3 yemək qaşığı kakao,
2,5 su stəkanı un.
Üzəri Üçün:
1 çay stəkanı toz şəkər,
Şokolad sousu.
Hazırlanması:
Bir qaba yumşaq marqarini, yumurtanı, nişasta, pudra şəkərini, maye yağı, vanil, kakaonu və qabartma tozunu qoyub yaxşıca qarışdıraq. Üzərinə az-az un əlavə edib yumşaq konsistensiyalı bir xəmir yoğuraq. Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb yumrulayaq. Hazırladığımız peçenyeləri şəkərə bulayıb nimçəyə düzək. Sonra peçenyelərin ortasını barmağımızla dərinləşdirək. Əvvəldən isidilmiş 185° sobada üzərləri qızarana qədər 15-20 dəqiqə bişirək. Peçenyelər yüngül qabaracaq. Sobadan alınan peçenyelərin ilk istiliyi çıxdıqdan sonra ortasındakı boşluğa şokolad sousu sıxıb üzərinə şəkər tozu səpin.