“Pomidorlu makaron şorbası

Pomidorlu makaron şorbası

Vəsaitlər:

2 ədəd pomidor,

2 yemək qaşığı kərə yağı,

1 çay qaşığı nanə,

1 kasa makaron (istədiyiniz növ),

1 yemək qaşığı tomat pastası,

1 yemək qaşığı bibər pastası,

1 çay qaşığı duz,

1 çay qaşığı qırmızı bibər,

5 su stəkanı su,

1 su stəkanı toyuq və ya ət suyu,

1-2 budaq cəfəri.

Hazırlanması:

Pomidorları yuyun. Pomidorları rəndənin qalın tərəfindən şorbanı bişirəcəyiniz qazanın içinə rəndələyin. Üzərinə yağ əlavə edib qaza qoyun. Orta odda, pomidorlar yaxşıca yumşalana qədər bişirək. Sonra pomidor bibər pastalarını, nanəni əlavə edib tamat çıxana qədər qovurun. Daha sonra su əlavə edib qaynadın. Qaynamış suya makaronları əlavə edib bişirin. Son olaraq duzu və ədviyyatları əlavə edib qarışdırın. Pomidorlu makaron şorbanızın üzərinə cəfəri səpib süfrəyə verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!