“Portağallı keks

Portağallı keks

Ərzaqlar
 
Keks üçün: 
 
 -3 ədəd yumurta
 -1 stəkan şəkər tozu
 -2 ədəd portağalın suyu
 -1 çay qaşığı sürtgəcdən keçirilmiş portağal qabığı
 -1 stəkan qatıq
 -1,5 stəkan un
 -1 paket vanil
 -1 paket qabartma tozu
 
Şərbəti üçün: 
 
 -2 stəkan su
 -2,5 stəkan şəkər tozu
 -1/2 ədəd limon suyu
 
 Üzəri üçün: 
 
 1 ədəd portağal
 
Hazırlanması: 
 
Şərbətini hazırlamaq üçün;
 
1. Dərin bir qazanın içərisinə su və şəkər tozunu əlavə edib, ocağa qoyun.
2. Şəkər əriyənə qədər qarışdırın.
3. Şəkər əridikdən sonra qaynamağa başlayan şərbətə limon suyunu əlavə edin.
4. Bir neçə dəqiqə də qarışdırdıqdan sonra kənara qoyub, otaq temperaturunda soyuması üçün gözləyin.
 
Keks üçün;
 
1. 1 qabın içərisinə yumurtaları qırın. Üzərinə şəkər tozunu əlavə edin. Çırpmağa başlayın.
2. Portağal suyu, duru yağ və qatığı əlavə edib, qarışdırın.
3. İçərisinə irmik və un əlavə edərək yaxşıca qarışdırın.
4. Sonda qabartma tozu, vanil və sürtgəcdən keçirilmiş portağal qabığını da əlavə edərək qarışdırdıqdan sonra 180 dərəcədə qızdırılmış sobaya yerləşdirin.
5. İçi tam olaraq bişdikdən sonra keksin üzərinə ilıq şərbəti əlavə edib, dilimlənmiş portağallarla bəzəyin.
 
Nuş olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!