Qarğıdalı unu ilə hazırlanan peçenye reseptini sizin üçün yazdıq.
Ərzaqlar:
1.5 stəkan qarğıdalı unu,
100 qr. kərə yağı,
1 stəkan şəkər tozu,
1 paket qabartma tozu,
1 yumurta,
1 stəkan süd,
3 stəkan un.
Hazırlanması:
İlk olaraq geniş bir qabda otaq temperaturunda yumşalmış yağ və şəkər tozunu mikser ilə yaxşıca qarışdırırıq.
Daha sonra yumurtanı, südü, qarğıdalı ununu və qabartma tozunu əlavə edirik və qarışdırırıq. Bundan sonra unu əlavə edib, xəmiri yoğururuq.
Ələ yapışmayan bir xəmir əldə edirik. Xəmiri 10-15 dəqiqə gözlədirik.
Sonra bu xəmirdən parça-parça xəmir alıb, yumrulayırıq. Daha sonra zövqünüzə uyğun forma verə bilərsiniz.
Yağlı kağız sərdiyiniz soba nimçəsinə bu peçenyeləri düzün.
Əvvəldən isidilmiş 175 dərəcə sobada təxminən 25 dəqiqə bişirin.
Bişdikdən sonra qarğıdalı unlu peçenyeləri sobadan götürün və soyumağa qoyun.
Nuş olsun!