Ərzaqlar:
3 ədəd qırmızı çuğundur,
250 qram süzmə qatıq,
500 qram qaymaqlı qatıq,
Duz.
Hazırlanması:
Çuğundurların qabıqlarını soyun və ikiyə bölərək 15 dəqiqə qədər suda qaynadın. Qaynadılan çuğundurları kiçik kublar şəklində doğrayın, ya da rəndələyin.
Qatıqları bir-biri ilə qarışdırın və həmcins bir hala gələnə qədər yaxşıca çırpın. (İstəsəniz, qatığa mayonez də qata bilərsiniz.)
Çuğundurları qatığın içinə qatın, bir az duz atın və qarışdırın. Servis qabına çəkin və üzərinə nanə ilə zeytunyağı gəzdirərək servis edin.