“Qatıqlı toyuq salatı

Qatıqlı toyuq salatı

Ərzaqlar:

  • Yarım kiloqram toyuğun döş əti,
  • 2 ədəd xiyar,
  • Yarım stəkan xırdalanmış qoz,
  • Yarım stəkan mayonez,
  • Yarım dəstə xırda doğranmış şüyüd,
  • Zövqə görə duz, istiot.

Hazırlanması:

  • Toyuq ətini duzlu suda yumşalanadək bişirin.
  • Bişirdiyiniz toyuq ətini kiçik-kiçik hissələrə doğrayın.
  • Xiyarı da kiçik hissəciklər şəklində doğrayın.
  • Bütün ərzaqları bir qaba qoyub, qarışdırın.
  • Süfrəyə verəcəyiniz qaba qoyub, üzərini qoz ilə bəzəyin.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!