“Qırmızı kələm salatı resepti

Qırmızı kələm salatı resepti

Süfrənizə rəng və ləzzət qatacaq asan bir salat reseptini sizlərə təqdim edirik! Söhbət qırmızı kələm salatından gedir. Az ərzaq ilə möhtəşəm bir salat hazırlamaq istəyirsinizsə, bu salatı mütləq sınayın. Çox bəyənəcəksiniz.

Ərzaqlar:

- Yarım qırmızı kələm,

- 3 yemək qaşığı zeytun yağı,

- 3 yemək qaşığı mayonez,

- 2 diş sarımsaq,

- 1 yemək qaşığı xama.

Hazırlanması:

Yarım qırmızı kələmi bıçaq ilə incə-incə kəsin. Zeytun yağını tavada isidib, kələmi əlavə edin və bir neçə dəqiqə bişirin. Tavanı qazın üzərindən götürüb, soyudun. Sarımsaqların qabığını soyub, xırda-xırda doğrayın və kələmə əlavə edin. Xama və mayonezi əlavə edib, qarışdırın. Süfrəyə gətirəcəyiniz qabın içinə qoyun. Salatınız hazırdır. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!