“Qozlu alma dolması resepti

Qozlu alma dolması resepti

Ərzaqlar:

1 kq alma (kiçik və sərt olsun),

1.5 stəkan şəkər tozu (azalda bilərsiniz),

Yarım stəkan su,

Qoz,

Darçın.

Hazırlanması:

Almalar soyulur, içi çıxarılır. Qazana düzülür. Ortalarına şəkər tozu doldurulur. Qalan şəkər tozu kənarlarına səpilir. Çubuq darçın qazana əlavə olunur. Su gəzdirilir. Qapağı bağlanılır, vam odda almalar suyunu buraxıb çəkənə qədər bişirilir (bu mərhələ ən az 1.5 saat davam edir)

Almalar yumşaldı, suyunu çəkdisə, götürüb soyumağa buraxırıq. Almalar bişdikdən sonra qazanda bir az şərbəti qalır. 3-4 qaşıq şərbət, xırdalanmış qoz və darçın yaxşıca qarışdırılır. Almalar soyuduqda çay qaşığı ilə içləri doldurulur. Servis qabına alınır. Üzərlərinə çay qaşığı ilə şərbətindən gəzdirilir.

İstəsəniz, üzərini krem ​​şanti ilə bəzəyə bilərsiniz. Nuş Olsun ...


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!