“Sadə un peçenyesi

Sadə un peçenyesi

Ərzaqlar:

1 paket marqarin (otaq istiliyində, 250gr)

1 stəkan pudra şəkəri

Yarım stəkan duru yağ

1 paket qabartma tozu

Aldığı qədər un

Hazırlanması:

Un peçenyesi üçün lazımlı vəsaitlər yaxşıca yoğurulub olduqca yumşaq bir xəmir əldə edilir. Xəmirdən qoz böyüklüyündə parçalar qoparılıb yuvarlanır, yağlı kağız sərilmiş nimçəyə düzülür. Üzərinə cızıq atılıb əvvəldən 180 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirilir. Un peçenyeləri sobadan çıxınca üzərinə pudra şəkəri ələnir. Nuş olsun!

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!