“Sərinləşdirici içki - Yaşıl çaylı limonad

Sərinləşdirici içki - Yaşıl çaylı limonad

Bu çay canlandırıcı təsiri ilə yanaşı, arıqlamağa da kömək edir. Ancaq şəkər tozu qoymamağa mütləq diqqət edin. Şəkərsiz içəcəyiniz yaşıl çaylı limonadın maddələr mübadiləsini sürətləndirən təsiri var.

Yaşıl çaylı limonad üçün ərzaqlar:

1 litr su,

4 paket yaşıl çay,

¼ dəstə doğranmış təzə nanə,

1 barmaq böyüklüyündə təzə zəncəfil (doğranmış),

1 çay stəkanı təzə sıxılmış limon suyu.

Hazırlanması:

Suyun yarısını qaynadıb, soyumağa qoyun. Yaşıl çay paketləri, nanə və zəncəfili əlavə edib, 30 dəqiqə dəmə buraxın. Süzərək bir qrafinə tökün. Limon suyunu və qalan suyu əlavə edin. Soyuducuda soyuduqdan sonra gün içində limon dilimləri əlavə edərək için.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!