“Sirkəli çuğundur salatı

Sirkəli çuğundur salatı

Ərzaqlar:

3-4 ədəd qırmızı çuğundur,

1,5 su stəkanı alma sirkəsi,

3-4 diş sarımsaq,

1 ədəd limon,

Zeytun yağı.

Hazırlanması:

Çuğundurların hamısını soyun və ikiyə bölərək qaynadın. Qaynatma suyuna sirkənin 1 stəkanını da qoyun. Qaynadılan çuğundurları kub, ya da daha böyük dilimlər halında doğrayın.

Doğradıktan sonra üzərinə qalan yarım stəkan sirkəni gəzdirin. Sarımsaqları döyün, üzərinə əlavə edin və bir az da duz səpin. 2 saat ərzində bu şəkildə gözlədin.

2 saatın sonunda çuğundurları servis qabına çəkin və üzərinə zeytun yağı ilə limon gəzdirərək yeyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!