Ərzaqlar:
- 3 ədəd badımcan
- 3 ədəd kartof
- Pomidor tomatı
- Duz
- 1 ədəd pomidor
- 1 ədəd bibər
Kotlet üçün:
- 1/2 kq qiymə
- 1 ədəd soğan
- 2-3 diş sarımsaq
- Duz
- İstiot
- 3 yemək qaşığı suxarı
Hazırlanması:
Badımcanları zolaq şəklində soyub barmaq qalınlığında halqa-halqa doğrayın. Acı suynun çıxması və qızartdığınız zaman yağı az götürməsi üçün duzlu suda saxlayın. Daha sonra yağda qızardıb, yağını alması üçün salfetka sərdiyiniz qaba yerləşdirin.
Sonra kartofları da soyub 0,5 sm qalınlığında, halqa şəklində doğrayaraq qızardın.
Kotletin ərzaqlarını yaxşıca qarışdırıb, yağda və ya sobada yağlı kağız sərdiyiniz qabda qızardın. Yağlı olmaması üçün sobada bişirmək daha məqsədə uyğundur.
İndi isə bütün bu qızartdığınız ərzaqları soba qabına sıra ilə düzün. Bir badımcan,bir kartof,bir kotlet olmaq şərtilə. Sonra pomidor tomatını isti su ilə açıb, bir azca duz əlavə edərək qabın hər tərəfinə bərabər yayılacaq şəkildə əlavə edin. Üzərini də pomidor və bibər dilimləri ilə bəzəyin. Arada suyuna baxın, ehtiyac olarsa əlavə edə bilərsiniz.