“Soğan şorbası

Soğan şorbası

İftar süfrələrinin olmazsa, olmazlarından biri şorbadır. Bu dəfə sizə soğan şorbasının reseptini təqdim edirik!

Tərkibi:

2 baş soğan,

4 yemək qaşığı un,

4 yemək qaşığı zeytun yağı,

2 yemək qaşığı kərə yağı,

1.5 litr toyuq suyu,

Yarım litr qaynamış su,

1 yemək qaşığı duz,

4 ədəd qaynadılmış kartof.

Hazırlanması:

Soğan soyulub, halqa şəklində doğranır və yağ ilə qovrulur. Yüngül qızarana yaxın içinə un əlavə edilir və birlikdə 4-5 dəqiqə qovrulur. Daha sonra içinə toyuq suyu, duz və istəyə görə ədviyyatlar əlavə olunub, bir az qarışdırılır. Qaynamağa buraxılır. Bişən şorba arzu edilsə, mikserdən keçirilir. Kiçik kvadrat doğranan kartoflar şorbanın içinə əlavə olunub, süfrəyə təqdim edilir.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!