“Şokoladlı, dondurmalı keks

Şokoladlı, dondurmalı keks

Artıq yay aylarına keçid etmək üzrəyik. Əgər siz də şokolad, dondurma və şirniyyatı sevənlərdənsinizsə, bu resept sizin üçündür!

Ərzaqlar:          

  • 3 yumurta,
  • 50 qram şəkər tozu,
  • 100 qram “bitter” şokolad,
  • 100 qram südlü şokolad,
  • 200 qram kərə yağı,
  • 40 qram un,
  • 25 qram kakao,
  • Üstü üçün şokolad sousu,
  • Arası üçün dondurma.

Hazırlanması:

  1. Yumurta və şəkər tozunu dərin bir qabda mikser ilə çırpın.
  2. “Bitter” şokoladı əridib, içinə kərəyağı əlavə edin və qarışdırın. Soyuması üçün kənarda gözlədin.
  3. Un və kakaonu qarışdırıb, yumurta və şəkər tozuna əlavə edin. Yenə yaxşıca qarışdırın.
  4. Soyuması üçün gözlətdiyiniz şokoladlı qarışığı əlavə edib, qarışdırmağa davam edin.
  5. Südlü şokoladı qırıb, içinə əlavə edin və qarışdırın.
  6. Keks qarışığını yağlı kağız sərilmiş bişirmə qabına tökün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 30-35 dəqiqə bişirin.
  7. Soyuyan keksi ortadan ikiyə bölün. Arasına dondurma qoyub, üstünü kekslə örtün.
  8. Şokoladlı sous ilə ilıq şəkildə süfrəyə verin.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!