“Şokoladlı, kakaolu keks

Şokoladlı, kakaolu keks

Ərzaqlar:
 
3 yumurta,
1 stəkan qatıq,
1 stəkan günəbaxan yağı,
1 qabartma tozu,
1 vanil,
1,5 stəkan şəkər tozu,
3 stəkan un,
3 yemək qaşığı kakao.
 
Hazırlanması:

Geniş bir qabda yağ, şəkər, yumurta və qatığı çalın.
Üzərinə un, qabartma tozu, vanili əlavə edin.
Qarışdıraraq keksinizin xəmirini hazırlayın.
Başqa bir qaba kakao töküb, üzərinə xəmirdən iki yemək qaşığı əlavə edin və qarışdırın.
Kakaolu xəmirinizi hazırlayın. Yağlanmış yumru bir keks qabına ilk əvvəl sadə xəmirinizin yarısını töküb, üzərinə kakaolu xəmirdən əlavə edin.
Qalan sadə xəmiri də qatın.
Hazırladığınız bu xəmiri 150 dərəcədəki sobada 45 dəqiqə bişirin.

Nuş Olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!