Dərin bir qabın içinə şəkər və yumurtanı əlavə edin və şəkər əriyənədək çırpın. Ardından süd, yağ, kakao əlavə edin və çırpın. Hazırlanmış qarışıqdan 1 su stəkanı ayırın. Qabın içində qalmış qarışığa qabartma tozu, vanil və un əlavə edin, qarışdırıb qəlibə tökün. 175 dərəcədə sobada bişirin. Sobadan çıxardığınız keks soyumadan 1 su stəkanında ayırmış olduğunuz qarışığı tökün. Əlavə olaraq keksin üzərinə əridilmiş şokolad da tökmək olar.