Vəsaitlər:
200 qr kokos,
150 qr şəkər tozu,
2 ədəd yumurta,
1 paket vanil,
Çox az darçın (istəyə görə).
İçi üçün:
Nutella şokolad.
Hazırlanması:
Bir qaba yumurtaları, toz şəkəri, vanil, kokosu qoyaq və yaxşıca yoğuraq. Əlimizlə kiçik parçalar qoparaq və əlimizlə yastı forma verib, ortalarına 1 çay qaşığı nutella qoyub, əlimizlə yumrulayıb, bağlayaq. Əvvəldən isidilmiş 175° sobada üzərləri yüngül qızarana qədər 15-20 dəqiqə bişirək. Nuş olsun.