“Suxarılı badımcan qızartması

Suxarılı badımcan qızartması

Vəsaitlər:

2-3 ədəd badımcan,

1 su stəkanı çörək qırıntıları,

1 su stəkanı holland pendiri rəndəsi,

3 ədəd yumurta,

2 yemək qaşığı su (yumurtaları çırpmaq üçün),

1 su stəkanı un.

Qızartmaq üçün:

Maye yağ.

Qarnir olaraq:

Cəfəri,

Holland pendiri rəndəsi.

Hazırlanması:

Suxarılı badımcan qızartması üçün ilk növbədə badımcanlar yuyulur və qabıqları tamamilə soyulur. Daha sonra badımcanlar uzunlamasına dilimlənir və kub şəklində doğranır. Doğranan badımcanlar acı suyunun çıxması üçün yarım saat qədər duzlu su içərisində gözlədilir. Acı suyu çıxan badımcanlar süzgəcin köməyi ilə süzülür və kağız salfet ilə qurulanır. 1 su stəkanı holland pendiri rəndəsi ilə 1 su stəkanı çörək qırıntıları dərin bir qabın içərisində qarışdırılır. Başqa bir qabın içərisinə 3 yumurta və 2 yemək qaşığı su qoyulub, çırpılır. Üçüncü qaba da 1 su stəkanı un qoyulur. Tavaya duru yağ əlavə edilib, qızdırılır. Qurulanan badımcanlar əvvəl una, sonra yumurtaya, son olaraq da pendir çörək qarışığına bulanır və yağın içərisində çevrilərək qızardılır. Qızardılan badımcanlar bir nimçənin üzərinə düzülür. Üzərinə incə doğranmış cəfəri ilə holland pendiri rəndəsi səpilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!