“Tərəvəz salatı resepti

Tərəvəz salatı resepti

  • 2 ədəd kök,
  • 250 qram brokoli,
  • 100 qram gül kələm,
  • 250 qram göbələk,
  • 1 ədəd qırmızı bibər,
  • 1 stəkan qarğıdalı konservi,
  • İncə doğranmış şüyüd,         
  • İncə doğranmış keşniş,
  • Yarım stəkan zeytun yağı.

Sousu üçün ərzaqlar:

  • 4 diş incə doğranmış sarımsaq,
  • 1 stəkan mayonez,
  • 2 yemək qaşığı xama,
  • 2 yemək qaşığı limon suyu,
  • 2 yemək qaşığı zeytun yağı,
  • 1 çay qaşığı quru nanə,
  • 1 çay qaşığı kəklikotu,
  • Duz.

Hazırlanması:

Kökləri soyub, nazik uzun halda kəsin və yağda azacıq qızardın.

Gül kələm və brokolini kiçik hissəciklərə bölün və yumşalanadək suda bişirin.

Göbələkləri suda bişirib, incə dilimləyin.

Bibəri nazik-nazik kəsin.

Hazırladığınız bütün ərzaqları qarışdırın.

Sousu hazırlayıb, salatın üzərinə vurun.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!