“Toyuq kababı

Toyuq kababı

Ərzaqlar:

400 qr toyuq qiyməsi,

1 çay stəkanı çörək qırıntıları,

3-4 yemək qaşığı maye yağ,

1 ədəd yumurta,

5-6 diş sarımsaq,

1 az cəfəri (istəyə görə),

1 çay qaşığı qara bibər,

1 çay qaşığı duz,

1 baş soğan.

Hazırlanması:

Bir qaba toyuq qiyməsini qoyun. Üzərinə soğanı, bibəri, sarımsaqları, cəfərini, yumurtanı, çörək ununu, maye yağı, ədviyyatları və duzu qoyaq. Qarışdıraraq yaxşıca yoğuraq. Hazırladığımız ətin üzərini bağlayıb 1-2 saat soyuducuda saxlayaq. Daha sonra ətdən qoparıb şəkildəki kimi şişlərə çəkək. Yağlı kağız sərdiyimiz nimçəyə şişləri aralı düzək. Boşqaba bütün olaraq bibər və pomidor yerləşdirək. Əvvəldən isidilmiş 180° sobada üzərləri qızarana qədər bişirək. Resept 5 nəfərlikdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!