“Toyuq şiş

Toyuq şiş

Vəsaitlər:

250 qr toyuğun döş əti,

1 şorba qaşığı bibər pastası,

1 şorba qaşığı qatıq,

2 şorba qaşığı zeytun yağı,

1 diş sarımsaq,

1 çay qaşığı toyuq ədviyyatı,

Qara bibər,

Duz.

Qızartmaq üçün:

Çöp şiş,

Zeytun yağı.

Hazırlanması:

Toyuqları yuyun və orta qalınlıqda kub şəklində doğrayın. Bir qabın içinə toyuq ətlərini, bibər pastasını, duzu, ədviyyatı, qatığı, sarımsağı, zeytun yağını qoyaq və yaxşıca qarışdıraq. Soyuducuda 2 - 3 saat gözlədin. Toyuq ətlərini kiçik şişlərə düzün. Tavaya zeytun yağını qoyaq və toyuq ətlərini tavada arxalı önlü çevirərək qızardaq. Toyuq şişlərimizi plov, ya da salatla süfrəyə verək. Nuş olsun.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!