“Vitaminli tərəvəz şorbası resepti

Vitaminli tərəvəz şorbası resepti

Tərkibi:

- 1 ədəd soğan,

- 1 ədəd kök,

- 1 ədəd kartof,

- 1 ədəd bibər,

- 1 ədəd pomidor,

- 1 dəstə doğranmış cəfəri,

- 3 yemək qaşığı bitki yağı,

- 1 yemək qaşığı un,

- 5 stəkan su,

- Duz.

Tərəvəz şorbasının hazırlanması:

Soğan, kök, kartof, bibər və pomidoru kiçik-kiçik doğrayın.

Bitki yağını qazana töküb, qızdırın.

Soğanı tökün və yaxşıca qovurun.

Sıra ilə doğradığınız ərzaqları əlavə edib, qarışdırın.

Qapağını örtüb, vam odda 10 dəqiqə bişirin.

10 dəqiqə sonra unu əlavə edin və qarışdırın.

Suyunu da töküb, tərəvəzlər yaxşıca yumşalanadək bişirin.

Göyərti və duzunu əlavə edin, qapağını örtün.

Tərəvəz şorbası süfrəyə hazırdır. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!