Ərzaqlar:
750 qram toyuğun döş əti,
2 qaşıq maye yağ,
200 qram xama,
2 diş sarımsaq,
1 qab konserv göbələk,
1 çay qaşığı xardal,
2 dənə acı bibər,
Qara bibər,
Duz,
Kəklikotu,
Qırmızı bibər,
Cəfəri.
Hazırlanması:
Kiçik kublar formasında doğradığınız göbələkləri və toyuqları maye yağ əlavə etdiyiniz tavada qovurun. Suyunu çəkənədək vam odda bişirin. Rəndələdiyiniz sarımsaqları və kiçik-kiçik doğradığınız bibərləri əlavə edin. Qarışdırdığınız xama və xardalı üzərinə əlavə edin. Bütün ədviyyatları və duzu da qatın. Yeməyi yaxşıca bişirdikdən sonra cəfəri yarpaqları ilə bəzəyərək süfrəyə verə bilərsiniz.