“Xırtıldayan soğan halqaları

Xırtıldayan soğan halqaları

Ərzaqlar:

2 ədəd soğan

1 ədəd yumurta

1/2 stəkan su

1/2 təkan süd

3 yemək qaşığı un

3 yemək qaşığı qarğıdalı nişastası

1 çay qaşığı qabartma tozu

1/2çay qaşığı duz

1/4 çay qaşığı istiot

Qızartmaq üçün:

1 stəkan çəkilmiş bayat çörək içi

1,5 stəkan duru yağ

Hazırlanması:

Qabıqlarını soyduğunuz soğanları halqa şəklində doğrayın. Hər bir soğan dilimini də öz halqalarına ayırın.
Yumurta, su, süd, ələnmiş un, nişasta, qabartma tozu, duz və istiotu bir qaba əlavə edib, çırpın.
Soğan halqalarını əvvəlcə çırpdığınız qarışığa sonra isə çəkilmiş bayat çörək içinə batıraraq qızardın.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!