“Yaşıl noxud şorbası

Yaşıl noxud şorbası

Ərzaqlar:

1 su stəkanı yaşıl noxud,

1 yemək qaşığı un,

1.5 yemək qaşığı kərə yağı,

4 su stəkanı ət suyu,

Şüyüd,

Duz, istiot qırmızı bibər.

Hazırlanması:

Bir yemək qaşığı yaşıl noxudu ayıraraq qalanını qaynadın. Qaynadılmış noxudları süzgəcdən keçirin. Unu yağda qovurun. Bir az su əlavə edərək qarışdırın. Süzdüyünüz yaşıl noxudu əlavə edərək qarışdırın. Ət suyunu əlavə edərək qaynadın. İncə-incə doğranmış şüyüdü üzərinə səpin. İstəsəniz, qızdırılmış qırmızı bibər də tökə bilərsiniz. Qızarmış çörəklə süfrəyə verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!