“Yeni il fişəngi salatı

Yeni il fişəngi salatı

Tərkibi:

  • 6 kartof
  • 1 toyuğun döş əti
  • 8 yumurta
  • 0,5 stəkan qoz
  • 2 soğan
  • 1 xiyar
  • 1 yerkökü
  • 1 çuğundur
  • göyərti
  • nar
  • mayonez
  • sirkə
  • duz

Hazırlanması:

  • Əvvvəlcə toyuq ətini suda bişirib xırda doğrayın.
  • Soğanı xırda doğrayıb, 20 dəqiqə sirkədə saxlayın.
  • Qozu blenderdən keçirin.
  • Kartofu, çuğunduru, yumurtaları bişirib soyudun. Yumurtanın üçünü bəzəmək üçün ayırın. Qalan yumurtaları və kartofu sürtgəcin iri gözündən, çuğunduru isə balaca gözündən ayrı-ayrılıqda keçirin.
  • İndi isə sürtgəcdən keçirdiyimiz ərzaqları qaba yerləşdiririk.
  • Bir qab götürüb üzərinə qida plyonkası çəkin. Üzərinə kartofu döşəyin. Duz səpib mayonez çəkin.
  • İkinci laya toyuq ətini töküb üzərinə mayonez çəkin.
  • Bunun üstünə sirkədə saxladığımız soğanı suyunu süzüb tökün.
  • Sürtgəcdən keçirilmiş yumurtanı töküb üzərinə mayonez çəkin.
  • Üzərinə qoz səpib yenə mayonez çəkin və nar dənələrini səpin. Rulet kimi bükün və bərkiməsi üçün bir müddət saxlayın, bərkidikdən sonra isə altdakı plyonkanı çıxardın. Ruletin hər tərəfinə mayonez çəkin. Ayırdığınız 3 yumurta ağını sürtgəcdən keçirib ruletin qıraqlarına çəkin.

Bəzədilməsi:

Ruletin üzərinə diaqonal üzrə sıra ilə sürtgəcdən keçirilmiş çuğundur, narın doğranmış göyərti, sürtgəcin balaca gözündən keçirilmiş təzə xiyar, sürtgəcdən keçirilmiş yumurta sarısı, yenidən çuğundur və s. olmaqla töküb bəzəyin. Qabın içərisində isə bişmiş yerkökü və çuğundurdan ulduzlar, dairələr kəsib, sürtgəcdən keçirilmiş yumurta sarısı ilə qarışdıraraq partlamış fişəng effekti yaradın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!