Yumurtanı soyuducuda, yoxsa otaq temperaturunda saxlamaq lazımdır? Yumurta alan zaman nələrə diqqət etməli?
Yumurta bütün dünyada ən sevilən səhər yeməyi seçimlərindən biridir. Fərqli formalarda bişirilən yumurta eyni zamanda çox zəngin bir qidadır və protein qaynağıdır. Buna görə də hamının soyuducusunda mütləq yumurta tapmaq mümkündür. Bəs yumurtalar, adətən, marketlərdə otaq temperaturundakı rəflərdə satıldığı halda onları soyuducuya qoymaq düzgündürmü? Yumurtalar otaq temperaturunda saxlanmalıdır, yoxsa mütləq soyuducuya qoyulmalıdır?
Bir çox insan yumurtanı aldıqdan sonra yuyaraq soyuducudakı yumurta rəflərinə yerləşdirilir. Bunun səbəbi isə yumurtanı başda salmonella olmaqla bir çox təhlükəli bakteriyalardan uzaq saxlamaqdır. Toyuq və yumurta özündə bakteriya saxladığı halda ən təhlükəli zəhərlənmələrə səbəb olacaq qidalardan biridir.
Avropada bir çox toyuq və yumurta istehsalçısı toyuqlarını bu bakteriyalara qarşı peyvənd edir və sağlamlıq baxımından narahat olmağa ehtiyac qalmır. Ancaq bunun tam əksini deyənlər də var. Amerikan mütəxəssis Marianne Gravely yumurtaların 2 saatdan çox otaq temperaturunda saxlanılmasının ziyanlı olduğunu deyir. Onun sözlərinə görə yumurtada bakteriyanın olub-olmadığını gözlə baxaraq anlamaq çox çətindir. Çünki salmonella bakteriyası yumurtanın görünüşünü, ətrini və dadını dəyişdirmir. Buna görə də yumurtanı marketdən və ya qonşudan almaqla xəstəlik olub-olmadığını təxmin edə bilməzsiniz. Onları soyuducuya qoyub-qoymamaq isə tamamilə alıcının öz seçiminə bağlıdır.