“Yunan salatı

Yunan salatı

Ərzaqlar:

- 4 pomidor,

- 2 xiyar,

- 1 çay stəkanı zeytun,

- 100 qr ağ pendir,

- 1 qırmızı soğan,

- Yarım çay stəkanı zeytun yağı,

- Yarım limonun suyu,

- Duz, istiot.

Hazırlanması:

Pomidor və xiyarları yuyub qabığıyla birlikdə iri-iri kub şəklində doğrayın. Zeytunu bıçaqla kəsib içindən tumunu çıxarın. Soğanın qabığını soyub halqa şəklində doğrayın. Hamısını bir kasaya əlavə edib qarışdırın. Pendiri də kub şəklində doğrayıp üzərinə əlavə edin. Limon suyu, zeytun yağı və duzu bir qabda qarışdırıb salatın üzərinə gəzdirin. Təzə çəkilmiş qara bibər səpin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!