“Zəfəranlı risotto

Zəfəranlı risotto

Ərzaqlar:

350 qr yumru düyü,

700 qr toyuq suyu,

1 orta boy soğan (incə kəsilmiş),

2 şorba qaşığı zeytun yağı,

150 qr ağ şərab,

1 çay qaşığı zəfəran lifi,

75 qr rəndə parmesan pendiri,

Duz, qara bibər.

Hazırlanması:

Soğan və kəklikotunu zeytun yağında, qapağı bağlı bir qazanda yüngül qovurun. Düyünü yuyub suyunu süzərək bu qazana qoyun. Daha əvvəl suda yumşaldılmış zəfəranı, toyuq suyunu, şərabı əlavə edin. Duz və qarabibərlə dadlandırın. 15 - 20 dəqiqə arası, düyü suyunu çəkənə qədər qapağı açıq olaraq qaynadın. Servis qabına çəkin və üzərinə parmesan pendirindən səpin. Bişdikdən dərhal sonra süfrəyə verin. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!