Bu dieta əsasən tərəvəz və meyvələrdən ibarətdir. Səhərlər oyanan kimi ac qarına limon, darçın və alma kimi qidalar yemək maddələr mübadilənizi gücləndirəcək və bununla bərabər quru qayısı, alça və kefir də həzm sisteminizi işə salacaq.
1 ay müddətində hər gün bunları mütləq davamlı olaraq etməlisiniz ki, istədiyiniz nəticəni əldə edə biləsiniz.
Səhər oyanan kimi ac qarına 1 stəkan isti su, 1 dilim limon, 1 parça qabıq darçın, 1 dilim alma və 1 çay qaşığı alma sirkəsini qarışdırıb için.
Səhər yeməyində isə 2 dilim kəpəkli çörək, 1 çay qaşığı “light” labne pendir, cəfəri, pomidor və xiyar. Səhər yeməyi əsas yeməkdir və mütləq yeməlisiniz. Səhər yeməyindən 2 saat sonra 2 ədəd təzə qayısı və 5 ədəd badam yemək lazımdır. Çünki həzim siteminiz işləməyə başlayıb və aclıq hissi yaşamamaq üçün yeməlisiniz.
Nahar yeməyində doyana qədər yeyin. Ət yeməyi yeyə bilərsiniz, ancaq 100 qr-dan çox ət yemək olmaz. Yeməyin yanında 200 qr yağsız qatıq, ya da 100 qr adi qatıq yeyə bilərsiniz. Hazırladığınız salata 1 xörək qaşığı zeytun yağı əlavə edə bilərsiniz.
Nahardan 2 saat sonra 5 ədəd badam və 2 qırmızı alça yeməlisiniz. Bundan iki saat sonra əgər aclıq hissi yaransa, 2 dilim kəpəkli çörəklə ağ pendir yeyə bilərsiniz.
Axşam yeməyində isə ancaq öz yağında bişmiş balıq, toyuq və ya kotlet kababı, salat (1 xörək qaşığı zeytun yağı əlavə edin) yeyin. Axşam yeməyindən 2 saat sonra 1 stəkana qədər yağsız kefir və 1 quru qayısı yeməlisiniz. Bunlar sizin həzm sisteminizi və arıqlamağınızı sürətləndirəcək.