“Evdə sadə yağın hazırlanması

Evdə sadə yağın hazırlanması

Ötən məqalələrimizdə sadə yağın faydaları haqqında danışmışdıq. Həmin məqaləni buradan oxuya bilərsiniz. Bu məqaləmizdə isə ev şəraitində sadə yağın hazırlanma qaydasını sizinlə bölüşəcəyik.

Sadə yağın hazırlanması zamanı istifadə edəcəyiniz kərə yağı inək südündən hazırlanmış təbii və duzsuz kənd yağı olmalıdır. Əvvəla 1 kiloqram kərə yağını dibi qalın olan qazana əlavə edin. Vam odda əritməyə başlayın. Yandırmadan, qaşıq ilə davamlı olaraq qarışdırın.

Yağın üstündə yaranan köpükləri bir qaşıqla götürün. Buxarlanacaq və dibində ağ qalıntılar qalacaq. Təxminən 20 dəqiqə sonra su tamamilə buxarlaşdıqda artıq köpük yaranmayacaq. Altını söndürün.

Bir süzgəcin köməkliyi ilə dibindəki qalıqları ayırmaq üçün yağı süzün. Qalan yağı bir qaba qoyun və soyuducuda saxlayın. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!