“Kartof səbəti necə hazırlanır?

Kartof səbəti necə hazırlanır?

Həm asan hazırlanması, həm də çox az ərzaq lazım olması baxımından kartof səbətini vaxtsız qonağınız gəldiyi zaman çox tez bir vaxtda hazırlayıb süfrəyə gətirə bilərsiniz. Aşağıda kartof səbətinə lazım olan ərzaqlar və hazırlanma qaydası ilə tanış ola bilərsiniz.

Lazım olan ərzaqlar:

  • Kartof (1 kiloqram)
  • Süzmə qatıq (250 qram)
  • Duz
  • İstiot (1 çay qaşığı)
  • Sarımsaq (4 diş)
  • Silikon keks qabları
  • Xiyar (1 ədəd)

Hazırlanma qaydası:

Bunun üçün əvvəlcə kartofları suda qaynadırıq. Bişmiş kartofları götürüb qabıqlarını soyaraq əzir, püre halına gətiririk. Əgər qabıqlarını soymaqda çətinlik çəkirsinizsə, kartofları qazandan çıxardan kimi buzlu suya atın və tez götürüb soyun. Çünki istədiyimiz hala salmaq üçün kartofların soyumaması lazımdır. Duz və istiot əlavə etdikdən sonra hazırladığımız püreni əlimiz ilə silikon qablara yerləşdiririk və bir çay qaşığı ilə ortasını çuxur kimi açırıq. Pürenin tez soyuması üçün silikon qabları bir müddət buzxanaya və ya soyuducunun aşağı hissəsinə qoya bilərsiniz. Kartoflar soyuduqdan sonra onları silikon qablardan çıxardıb bir qaba duzürük, sonra isə içini doldurmağa başlayırıq. Sarımsaq ilə qarışdırılmış süzmə qatıqdan hazırladığımız qarışıqdan səbətlərin içinə bir qaşıq qoyuruq.

Bəzənməsi:

Son olaraq bəzəmək üçün xiyarları olduqca incə halqalar şəklində doğrayıb, üstünə yerləşdiririk. Bundan əlavə yağda qızardılmış qırmızı bibəri də sous kimi üstünə tökə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!