“Toyuq ruleti

Toyuq ruleti

Günorta və axşam yeməklərində yeyə biləcəyiniz ləzzətli, doyurucu və asan hazırlanan toyuq ruleti reseptini sizə təqdim edirik.
Lazım olan ərzaqlar:

  • 2 ədəd toyuq filesi
  • 10 dilim kolbasa
  • 5 ədəd xiyar turşusu
  • 1 ədəd yumurta
  • 1 kasa qarğıdalı lopası
  • 1 çay qaşığı istiot
  • zövqə görə duz

Hazırlanması:

Toyuq filelərini duz və istiotla qarışdırın. Hər bir filenin ortasına kolbasa və doğranmış xiyar turşusu qoyub rulet formasında möhkəmcə bükün. Bir qabda yumurtanı çalın. Rulet kimi bükdüyünüz toyuq filesini əvvəlcə yumurtaya, sonra isə qarğıdalı lopasına batırıb, yaxşıca qızdırılmış yağda nar kimi olana qədər qızardın. Hazır olduqdan sonra dilimləyib süfrəyə verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!