“Sobada südlü sıyıq

Sobada südlü sıyıq

Ramazan ayı ərzində sağlam qidalanma məsləhətlərini daha əvvəlki məqalələrimizdə vermişdik. Ramazan ayında kökəlməmək üçün 20 yol - adlı məqaləmizdə də qeyd etyimiz kimi Ramazanda şirniyyat yeyərkən südlü şirniyyatlara üstünlük vermək daha faydalı və məqsədəuyğundur. Bu səbəbdən də sizə sobada bişən südlü sıyığın reseptini təqdim edirik.


Tərkibi:

1 stəkan buğda,

1 litr süd,

1 stəkan toz şəkər,

2 yemək qaşığı un,

1 paket vanil.

 

Hazırlanması:

İlk olaraq buğdanı suda bişiririk. Sonra südü və digər ərzaqları sıra ilə qatıb, qaynamağa qoyuruq.

Son olaraq qaba doldurub, sobaya veririk. Üstü yüngül qızardıqdan sonra sobadan çıxarırıq.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!