Hansı qidaları uzun müddət dondurucuda saxlaya bilərsiniz? Bəs hansı qidalar əsla dondurulmamalıdır?
Axşam yeməyi üçün nəsə almısınız, amma artıq qaldı. İndi onu dondurmalısınız, bişirməlisiniz, yoxsa atmalısınız? Bəzi qidaları dondurub yığaraq qənaət etmək istəyirsiniz, amma hansıları dondura biləcəyinizə əmin deyilsiniz? Ətləri dondura bilirsiniz, bəs tərəvəzləri? Əgər siz də qərarsız qalırsınızsa, bu məlumatlar mətbəxdə çox işinizə yaraya bilər.
Dondurulmayan qidalar:
- Yaşıl yarpaqlı tərəvəzlər
Xiyar və ispanaq kimi yaşıl qidaları heç vaxt dondurmayın. Bu tərəvəzlər dondurulduqda büzüşür, yumşalır və ən əsası da ətrini itirir. Əgər bir qədərini saxlamaq lazım gəlirsə, əvvəlcə onları yaxşıca yuyun, qurulayın və salfetkaya bükərək bir qabda soyuducuya qoyun, mümkün olan ən qısa müddətdə onu istifadə edin.
- Təzə meyvə və tərəvəzlər
Tərəvəz və meyvələrin tərkibində çox miqdarda su var və su dondurulduğu zaman kristallaşaraq meyvə-tərəvəzin strukturunu pozur. Misal üçün dondurulmuş bir alma yumşalır və dadını itirir. Misal üçün gül kələmi dondurulduğu müddətcə heç xarab olmamış kimi görünsə də, çıxardıqdan bir müddət sonra qaralır. Meyvə və tərəvəzləri təzə-təzə yeməkdə fayda var.
- Qızartmalar
Qızartmaları dondurduğunuz zaman yağı çəkilir və yumşalır. Dadı da əvvəlki kimi olmur. Qızartmaları isti-isti yemək məsləhətlidir.
- Yumurta
Mayelər donduqda bildiyiniz kimi qatılaşır və qatılar da genişlənir. Yumurta dondurulduqda içindəki maye donaraq genişlənir və bu da yumurtanın qabığının çatlamasına səbəb olur. Bu halda bakteriyaların yumurtadan içəri girməsindən tutmuş dondurucunun çirklənməsinə kimi bir çox problem yaranır. Ancaq yumurta ilə bağlı bir istisna mövcuddur. Yumurtanın qabıqlarını qırıb bir qaba qoyduqdan sonra istifadə etmək üçün duz və ya şəkərlə qarışdıraraq bir müddət dondura bilərsiniz. Təbii ki, istifadə edəcəyiniz reseptdə bunlar istifadə ediləcəksə.
- Kartof
Kartofun tərkibində çoxlu su olduğu üçün o da donduqda içindəki su kristallaşır və kartof yumşalır. Ən yaxşısı kartofu sərin və quru yerdə saxlamaqdır.
- Mayonez və puding
Mayonez və pudingi də dondurmaq olmaz, çünki həm dadları dəyişir, həm də strukturları pozulur.
Bunları isə dondura bilərsiniz:
- Təzə qarğıdalı
- Sarımsaq
- Ət
- Kərə yağı
- Marqarin
- Paxlalı bitkilər
- Bişmiş makaron
- Bişmiş düyü
- Toyuq suyu
- Humus
- Evdə hazırlanmış peçenye xəmiri
- Un
- Çörək
- Şokolad
- Cips