“Çağırılmamış qonaqlarınıza bu yeməkləri hazırlayın!

Çağırılmamış qonaqlarınıza bu yeməkləri hazırlayın!

İşdən evə yeni gəlmisiniz, yorğunsunuz və budur ailəvi dostlarınız zəng vuraraq sizə qonaq gələcəklərini dedilər. Evdə isə süfrəyə gətirəcək hazır yemək yoxdur. Bəs nə hazırlamalı? Leydi.az qonaqlarınız üçün qısa müddətdə asanlıqla hazırlaya biləcəyiniz yeməklərin reseptlərini sizlərə təqdim edir.

Azərbaycan xanımlarının qonaqpərvər olduğunu hər kəs bilir. Artıq işləyən xanımların sayı da gün keçdikcə artır. Ancaq bu xanımlarımızın qonaqsevərliyinə bir əngəl deyil. Qonaq qəbul edərkən süfrəyə hər cür ləziz yeməkləri düzmək bizim qədim adətlərimizdəndir. Buna görə də gərək həm salatlar, həm əsas yeməklər, həm də şirniyyatlar yerli-yerində olsun.

Hər biri çox az vaxt aparan bu yeməklər çətin vəziyyətdə köməyinizə çatacaq:

Qısa müddətdə hazırlaya biləcəyiniz kartof salatı ilə süfrənizi bəzəyin.

Həm yüngül, həm ləziz, həm də asan hazırlanan qırmızı kələm salatı süfrənizə rəng qatmaqla yanaşı, həm də qonaqlarınızın marağına səbəb ola bilər.

Sobada ədviyyatlı kartofacılı toyuq qanadlarını əsas yemək kimi süfrənizə gətirə bilərsiniz.

Cəmi 30 dəqiqədə bişəcək ətsiz yarpaq dolması ilə süfrənizi zənginləşdirin.

Şirniyyat olaraq isə 5 dəqiqədə hazırlanan fincan keksini süfrəyə verə bilərsiniz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!